Putin Qarabağa belə girəcək
"Regionda hərbi qarşıdurma aktivləşərsə, bundan daha çox Rusiya qazanacaq."
ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov "Amerikanın Səsi"nə verdiyi müsahibəsində deyib.
O bildirib ki, hərbi qarşıdurmadan Azərbaycan heç nə qazanmaq niyyətində deyil. Azərbaycan sadəcə olaraq öz ərazi bütövlüyünü bərpa etmək mövqeyindədir və istəyindədir.
Onun sözlərinə görə, bu gün neft bazarında təklif tələbatı üstələyir. Bunun nəticəsində qiymətlər aşağı düşür və fərq elə də böyük deyil. Yəni təklifin tələbatı üstələməsi təxminən bir milyon bareldir. Elə Bakı-Tbilisi-Ceyhanla da gündə bir milyon barelə yaxın neft bazara daxil olur. Yəni müharibə başladığı halda neft və qazın nəqli pozulacaqsa Avropanın Rusiyanın həm neftinə, həm qazına ehtiyacı artacaq, qiymət artacaq və bundan birinci növbədə, təbii ki, Rusiya qazanacaq.
Politoloq söyləyib: "İstisna etmirəm ki, o cümlədən gərginlikdən, müharibədən istifadə edərək Rusiya bölgəyə ayrıcı qüvvə kimi soxulmağa çalışacaq. Amma, fərz edirəm ki, bunu Azərbaycan rəhbərliyi də, Azərbaycanın qərb tərəfdaşları, o cümlədən Türkiyə də çox göəl və yaxşı bilir."
R.Musabəyov xüsusi vurğulayıb ki, Azərbaycan süni şəkildə heç bir xarici qüvvəni gətirib burada ayırıcı qüvvə kimi mövcudluğunu təmin etmək, torpaqlarını heç kimə güzəştə getmək niyyətində deyil.
Mənbə:> ANSPRESS