Xalq prezidentə etimad göstərdi -Əli Əhmədov
Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”.
Tərəfdar.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, YAP-ın yerlərdə olan müşahidəçilərinin verdiyi məlumata əsasən seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə olunub: "Bu da onu deməyə əsas verir ki, vətəndaşlar referenduma məsuliyyətlə yanaşıblar. Test kifayət qədər uğurlu oldu. Səsvermənin təxmini nəticələri bunu büruzə verdi. MSK yaxın vaxtlarda ilkin məlumatlarını açıqlayacaq. Xalq referendumda Azərbaycan Konstitusiyasının müasir baxımdan təkmiləşdirilməsini dəstəklədi. Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.
Mənbə:> Terefdar.az