Seçicilərin 88,9 faizi Referenduma "Hə" deyib -Exit-poll
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.
Tərəfdar.az-ın məlumatına görə, Liqa 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində "exit-poll" keçirib. Ümumilikdə "exit-poll"a 900 sorğuçu, 60 supervayzer cəlb olunub.
"Exit-poll"da 32 400 seçici iştirak edib. Seçicilərin 88,9 faizi Konstitusiyada dəyişikliklərə "hə" deyib.
Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.
Mənbə:> Terefdar.az