Ermənistanda referendum keçirilir
Ermənistanda yerli vaxtla saat 8:00-da konstitusiyaya dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi başlayıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Ümumilidə Respublikada 2 min seçki məntəqəsi açılıb. Səsvermə İrəvan vaxtı ilə saat 20:00-a qədər davam edəcək. Ölkə polisinin məlumatına görə, seçici siyahılarına 2 mln 550 min 323 vətəndaş daxil edilib.
Dəyişikliklər paketinin qəbul olunması üçün seçicilərin 50 faizindən çoxu sənədi dəstəkləməlidir. Səsvermənin baş tutması üçün seçicilərin azı 25 faizi səs verməlidir.
Mənbə:> Oxu.Az