Ermənistanda “sükut günü”dür
Bu gün - dekabrın 5-də Ermənistanda “sükut günü” elan edilib. Gecə yarısı konstitusiya islahatları üzrə referendumla əlaqədar təbliğat kampaniyasına son verilib, “Novosti Armenii” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, dekabrın 5-də kütləvi informasiya vasitələrində istənilən təbliğat forması qadağandır.
Konstitusiya islahatları üzrə növbəti referendum dekabrın 6-da saat 08:00-dan 20:00-a qədər keçiriləcək.
Ermənistanda 1988 seçki məntəqəsi açılacaq. Siyahıya daxil edilən seçicilərin ümumi sayı 2.554.332 nəfərdir.
Mənbə:> Oxu.Az