Sarkisyan konstitusiyanı dəyişir
Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiyada islahatalar layihəsini parlamentə təqdim edib. Prezident yanında Konstitusiya islahataları üzrə Komissiya layihənin hazırlanmasını başa çatdırıb.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, Ermənistan prezidentinin parlamentdə konstitusiya islahatları üzrə rəsmi nümayəndəsi olaraq ekspert komissiyasının üzvü Vardan Poqosyan təyin edilib.
Gələn həftədən Ermənistan prezidenti respublikanın siyasi qüvvələrinin nümayəndələri ilə konstitusiya dəyişiklikləri layihəsində qeyd edilmiş yanaşmaları müzakirə etmək üçün iclasların keçirilməsini planlaşdırır.
Prezident həmçinin ekspert komissiyasına AŞPA-nın Venesiya Komissiyası ilə razılaşdırılmamış məsələlər üzrə dialoqun davam etdirilməsini tapşırıb.
Mənbə:> Oxu.Az