Ermənistanda konstitusiya referendumu keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ermənistanda konstitusiya referendumu keçiriləcək

Ermənistanda konstitusiya referendumu keçiriləcək


Ermənistan prezidenti Serj Sarkisyan ölkədə konstitusiya referendumu keçirilməsi barədə fərman imzalayıb.

Bu barədə Oxu.Az Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Ermənistan parlamenti ölkənin parlament idarəetmə sisteminə keçidini səs çoxluğu ilə dəstəkləyib.

Layihəyə əsasən, Ermənistan prezidenti bundan sonra 7 il müddətinə (hal-hazırda bu müddət 5 ildir) və deputat və yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən seçiləcək (hal-hazırda xalq tərəfindən seçilir).

Ermənistan prezidenti heç bir partiyanın üzvü ola bilməz və bir dəfədən çox seçilə bilməz.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *