Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Foto

Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb – FOTO

Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb


Məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcək.

AzNews.info APA-ya istinadən xəbər verir ki, səsvermə saat 19:00-da başa çatacaq.

90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər - Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).

Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa ŞurasıParlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi (AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu) akkreditasiyadan keçib.

90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.

Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb
Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb
Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb
Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *