MTN işində adı hallanan deputatın nəticəsi ləğv edildi – MSK-dan sensasion qərar
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü İlqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.
“Report”un məlumatına görə, onlar müraciətlərində noyabrın 1-də keçirilən seçkilərin nəticələrinin həmin dairə üzrə ləğv edilməsini xahiş ediblər.
Onlar iddia ediblər ki, səsvermə günü qanun pozuntularına yol verilib. MSK üzvü Ramiz İbrahimov deyib ki, Ekspert Qrupu araşdırma aparıb və müəyyən nəticəyə gəlinib.
R.İbrahimov bildirib ki, bütün protokollara baxış keçirilib və məlum olub ki, 3 və 5 saylı seçki məntəqələrində səslərin sayılmasında pozuntuya yol verilib. Bundan əlavə, 7, 12, 14, 16, 18, 22, 24, 25, 27, 35 və 39 saylı məntəqələrin protokollarında də belə hallar baş verib. Bütövlükdə 17 məntəqə üzrə pozuntu qeydə alınıb. R.İbrahimov deyib ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv olunmalıdır. Ekspert Qrupunun araşdırmasında təklif edilib ki, MSK-ya müraciət edən deputatlığa namizədlərin müraciəti təmin edilməlidir. Bu isə ümumi seçicilərin sayından çox olduğundan həmin seçki dairəsinin nəticələri etibarsız hesab edilməlidir.
MSK-nın qərarı ilə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv olunub.
Qeyd edək ki, həmin dairədən lider namizəd 2005 və 2010-cu illərdə deputat seçilmiş bankir Çingiz Əsədullayevdir
Mənbə:> Report.az