Elza Seyidcahan qeydə alındı » AzNews.info -Xəbər portalı

Elza Seyidcahan qeydə alındı

Elza Seyidcahan qeydə alındı


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Qasımova (Seyidcahan) namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, DSK qərarı 43 imzanın etibarsız sayılması, imza verən 180 seçicinin isə imzasının imtina etməsinə əsaslanıb.

MSK İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, 78 nəfərin imzalarından imtina etməsi əsaslıdır, 102 nəfərin imzasından imtina ərizələri isə əsaslı deyil. MSK İşçi Qrupu hesab edir ki, etibarlı sayılan imzalar da E. Seyidcahanın namizəd kimi qeydə alınması üçün yetərlidir.

MSK E. Seyidcahanın namizədliyinin 54 saylı Şabran Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb, DSK-nın qərarını ləğv edib, E. Seyidcahanın namizədliyi qeydə alınıb.

İclasda iştirak edən E. Seyidcahan namizədliyi qeydə alındığı üçün təşəkkür edib:

“Əks halda saxtakarlıqda ittiham olunmağım məni çox narahat edirdi”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *