Mirmahmud Mirəlioğlunun topladığı imzalar etibarsız çıxdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.
M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.
İclasda bildirilib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. Buna görə də Komissiya DSK-nın M.Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb
Mənbə:> Trend