Referendumqabağı təşviqat kampaniyası başa çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Referendumqabağı təşviqat kampaniyası başa çatıb

Referendumqabağı təşviqat kampaniyası başa çatıb


Bu gün saat 8:00-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatıb.

Oxu.Az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da başa çatıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən sentyabrın 26-da Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *