Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Sentyabrın 26-ı qeyri-iş günü olacaq.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.
Mənbə:> Oxu.Az