Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
Mənbə:> Oxu.az