Erməni yazar: Sentyabrın 23-ü Qarabağ üçün həlledici olmalıdır
Ermənistan müstəqilliyinin 25-ci illiyini qeyd edir.
Lakin ölkə daxilində ciddi çaxnaşmalar yaşanır. Xüsusilə Dağlıq Qarabağ məsələsində fikir ayrılığı var.
AzNews.info publika.az-a istinadən bildirir ki, erməni əhalisinin əksəriyyəti, xüsusilə "Qarabağ klanı"na daxil olmayanlar münaqişənin tezliklə həll olunmasını və ölkə iqtisadiyyatının inkişafını tələb edirlər.
Əhalinin bu kəsimi Ermənistan üçün xilas planı da təklif edirlər: Qarabağ münaqişəsi tezliklə həll olunsun və dünya iqtisadiyyatına çıxış əldə edilsin.
Erməni yazar Akop Badalyan isə bu planın sabah - sentyabrın 22-dən başlanmasını irəli sürür.
Onun bununla bağlı öz arqumentləri var.
"Ermənistan 25 il müstəqil olsa da, Qarabağ və ordudan başqa heç nə qazanmayıb. Hansı ki, bu gün sosial-iqtisadi problemlərin başında bu iki faktor dayanır. Müstəqillik Ermənistana heç nə gətirmədi. Hazırda geosiyasi proseslər Qarabağ məsələsində də güzəştə getməyi məcbur edir. Çünki Ermənistanın öz müstəqilliyinə ciddi təhlükələr var. Ölkədə heç bir sahənin inkişaf etməməsi, heç bir nailiyyətin əldə olunmaması hər kəsi təhlükə altına qoyur. Ermənistan müstəqilliyin verdiyi imkanlardan istifadə etməlidir. Müasirləşdirmə, texnoloji inkişaf və dünya iqtisadiyyatına çıxış əldə olunmalıdır".
Erməni müəllif də anlayır ki, hazırda dünya iqtisadiyyatına çıxışın yeganə yolu Qarabağ münaqişənin həlli və Türkiyə və Azərbaycanla sərhədlərin açılması, regional layihələrə qoşulmaqdır.
"Biz bu 25 ildə hərbiləşmiş kriminal oliqarxiya qazandıq. Erməni cəmiyyəti əsrin dörddə birini "karantində" yaşayıb. Lakin sentyabrın 22-si - müstəqilliyin 25 illik yubileyindən bir gün sonra izolyasiya vəziyyətindən çıxmaq üçün addımlar atılmalıdır. Bu, 26-cı illik müstəqilliyin bünövrəsi ola bilər", - deyə o bildirib.
Mənbə:> Publika.az