İŞİD Facebook-a hücum etdi
İŞİD hakerləri "Facebook" və "İnstagram"da yaranan problemə görə məsuliyyəti öz üzərinə götürüb.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələr baş verənlərə aydınlıq gətirməsə də, "CyberCaliphate" adlanan haker qrupu dünyanın ən məşhur sosial şəbəkələrinin işini pozduğunu bəyan edib.
"CyberCaliphate" haker qrupu bundan əvvəl Twitter-in CENTCOM mikrobloquna haker hücumu etmişdi.
Xatırladaq ki, bu gün - 27 yanvarda təxminən bir saat ərzində "Facebook" və "İnstagram" istifadəçiləri səhifələrinə daxil olmaq ola bilməyiblər.
Facebook, eləcə də mobil versiyanı saat 10.24-dan etibarən yeniləmək mümkün olmayıb.
Eyni hal 2014-cü ilin avqustunda baş vermişdi. O zaman bütün dünyanın "Facebook" istifadəçiləri, eləcə də Azərbaycan, sosial şəbəkənin saytına girməkdə çətinlik çəkmişdi.
Mənbə:> ANSPRESS