KİV Özbəkistan prezidentinin vəfatı barədə xəbər yayıb
Özbəkistan prezident aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident aparatındakı mənbə bildirib.
“Prezident İslam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.
Xatırladaq ki, bundan əvvəl “fergananews.com” saytı Özbəkistan prezidentinin vəfatı ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib.
Mənbə:> Oxu.Az