İslam Kərimov araqdan sonra huşunu itiribmiş: “Vəziyyət çox ciddidir” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

İslam Kərimov araqdan sonra huşunu itiribmiş: “Vəziyyət çox ciddidir”

İslam Kərimov araqdan sonra huşunu itiribmiş: “Vəziyyət çox ciddidir”


"Özbəkistan prezidenti İslam Kərimov Rio-de-Janeyroda keçirilən Olimpiadada ölkəni müvəffəqiyyətlə təmsil edən idmançıların şərəfinə təşkil olunan ziyafətdə huşunu itirib”.

"Özbəkistanın Xalq Hərəkatı” müxalif partiyası hökumətə yaxın mənbəyə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, təntənəli tədbir avqustun 26-da "Durmen” iqamətgahında keçirilib və ölkənin ən önəmli şəxsləri orada iştirak edib.

"İslam Kərimov idmançıların qələbəsinə çox sevinirdi və bu münasibətlə də araq və digər spirtli içkilərdən həddindən çox içdi. O, gecəyarısına qədər Prezident Administrasiyasının rəhbəri Zəlimxan Heydərovla söhbət etdi. O, qəflətən huşunu itirdi və yerə yıxıldı”, - mənbə bildirib.

Özbək müxalifətçilərinin sözlərinə görə, prezidentə ilk tibbi yardımı iqamətgahdakı həkimlər göstəriblər. Onlar ilk rəyi isə, Kərimovun beyin qanaması keçirdiyi olub.

Rusiyada Özbək cəmiyyətinin sədri Usman Baratov öz növbəsində bildirib ki, əvvəllər Özbəkistan dövlət başçısının xəstəliyi barədə rəsmi xəbər olmayıb: "Həmişə bunu gizlədirdilər. Görünür indi vəziyyət çox ciddidir”.

Qeyd edək ki, İslam Kərimovun avqustun 27-də xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayılıb. Bu gün qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini söyləyib.

Xatırladaq ki, özbək idmançılar Olimpiadada 21-ci yeri tutub, 4-ü qızıl omaqla 13 medal qazanıblar

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *