İŞİD İraqın Qayyara şəhərində 10 mindən artıq mülki vətəndaşı girov saxlayır
Eastnews.org-un verdiyi xəbrə görə, İraqın şimal-qərbində İraq ordusunun mühasirəsində olan Qayyara şəhərində İŞİD terrorçularnın 10 mindən artıq mülki vətəndaşı girovluqda saxladığı bildirilir.
İŞİD terrorçularnın mülki vətəndaşları canlı qalxan kimi istifadə edə biləcəyi açıqlanır. Bundan əlavə, bu gün İraq ordusu və “Həşd Şabi”nin Qayyara şəhərinin mərkəzində yerləşən hökumət binalarını İŞİD terrorçularından azad etdiyi və günün sonuna kimi şəhər mərkəzinin ordu qüvvələrinin nəzarətinə keçəcəyi bildirilir.
Mənbə:> Eastnews.org