Hindistandan Azərbaycana yeni reyslər açılır
“GoAir” bununla bağlı ölkə rəhbərliyindən icazə alıb.
Hindistanın “GoAir” aviaşirkəti ölkə rəhbərliyindən 9 müxtəlif ölkəyə aviareyslər təşkil etmək barədə icazə əldə edib ki, bu ölkələr arasında Azərbaycan da var.
Bu barədə Oxu.Az “Trend”-ə istinadən məlumat verir.
Aviaşirkət Mumbayda yerləşir. Şirkətin uçmağa icazə aldığı ölkələr - Azərbaycan, İran, Çin, Vyetnam, Maldiv, Özbəkistan, Qazaxıstan, Qətər və Səudiyyə Ərəbistanıdır.
Hindistan aviaşirkəti bu ölkələrə 2017-ci ilin mart ayından başlayaraq uçuşlar həyata keçirəcək.
Məlumatda o da qeyd olunur ki, “GoAir” Mumbay, yaxud Dehlidən Bakıya mütəmadi olaraq həftədə üç dəfə uçuş həyata keçirəcək.
Mənbə:> Oxu.Az