“Pobeda”ya Azərbaycana uçmağa icazə verildi
“Pobeda” Loukosteri (“Aeroflot” aviaşirkətinin “törəməsi”) oktyabrın sonuna xaricə biletlərin satışına başlayacaq.
İlk beynəlxalq reyslər noyabrın ikinci yarısına planlaşdırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Ədliyyə Nazirliyi Loukosterə xaricə uçmağa icazə verən Federal aviasiya qaydalarına edilən dəyişiklikləri təsdiqləyib. Onlar oktyabrın 12-də qüvvəyə minəcək.
“Ədliyyə Nazirliyi oktyabrın 2-də Federal aviasiya qaydalarına dəyişikliklər edib, bu dəyişikliklərə görə, aviaşirkətlərin Rusiyada iki illik mütləq uçuş şərti ləğv edilir. Bu, təsdiqləmənin son mərhələsidir”, - “Aeroflot” qrupundakı mənbə bildirib.
Xatırladaq ki, sentyabrın 23-də KİV-də Rusiya aviasiyasının “Pobeda” Loukosterinə dünyanın Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, Fransa, Kuba, İordaniya, Latviya, Niderland və Macarıstan daxil olmaqla 15 ölkəsinə uçuşa icazə vermədiyi barədə məlumat yayılıb.
Mənbə:> Oxu.Az