Xarici mühafizəçilərə Azərbaycana silahla gəlməyə icazə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Xarici mühafizəçilərə Azərbaycana silahla gəlməyə icazə verildi

Xarici mühafizəçilərə Azərbaycana silahla gəlməyə icazə verildi


Azərbaycan Prezidenti İlham Əliyev “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən bundan sonra Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşlarına öz xidməti vəzifələrini icra etmək məqsədilə Azərbaycana xidməti silah və onun döyüş sursatını gətirməyə icazə verilir.

Xarici mühafizəçilərin xidməti silahları və onların döyüş sursatlarını Azərbaycana gətirməsinə icazəni isə XİN-nin rəsmi müraciəti əsasında Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti verəcək.

Öz növbəsində XDMX verilən xüsusi icazələr barədə DİN-i məlumatlandırmalıdır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *