“Ovçuluq bileti”nin verilməsi üzrə iki səlahiyyətli dövlət orqanı müəyyənləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

“Ovçuluq bileti”nin verilməsi üzrə iki səlahiyyətli dövlət orqanı müəyyənləşdi

“Ovçuluq bileti”nin verilməsi üzrə iki səlahiyyətli dövlət orqanı müəyyənləşdi


Nazirlər Kabineti “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda “Ovçuluq bileti”nin verilməsi üzrə subyekt qismində iki dövlət orqanı müəyyənləşib.

Azərbaycanda “Ovçuluq bileti”ni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Xüsusi Dövlət Mühafizə Xidməti verəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən “Ovçuluq bileti” indiyə qədər verilən formada hazırlanacaq. Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən “Ovçuluq bileti” ilə bağlı forma da müəyyənləşib.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən “Ovçuluq bileti”nin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir. “Ovçuluq bileti”nin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur və onun altında “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılır. Ovçuluq biletinin üz qabığının orta hissəsində iri hərflərlə “OVÇULUQ BİLETİ” sözləri yazılır.

Qeyd edək ki, “Ovçuluq bileti” müddətsiz veriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *