ABŞ Putin və Ərdoğanın yaxınlaşmasına münasibət bildirdi
Rusiya və Türkiyənin yaxınlaşması ABŞ-ın maraqlarına zidd deyil.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo deyib.
“Onlar suveren ölkədir. Onların tək İŞİD-lə mübarizədə deyil, həmçinin, Suriyaya dəstək beynəlxalq qrupunda da ümumi məqsədləri var”, - deyə Trüdo bildirib.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib.
Mənbə:> Oxu.Az