Nazir: Münaqişənin həll edilməməsi regionun inkişafına mane olur » AzNews.info -Xəbər portalı

Nazir: Münaqişənin həll edilməməsi regionun inkişafına mane olur

Nazir: Münaqişənin həll edilməməsi regionun inkişafına mane olur


Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İran və Rusiyadan olan həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Rusiya Prezidenti Vladimir Putinlə bugünkü danışıqlar zamanı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib. Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekununa dair qəbul edilmiş bəyannamədə həll olunmamış münaqişələr və onların inkişafa əngəl yaratmasından narahatlıq qeyd olunub”.

Xarici işlər nazirinin sözlərinə görə, münaqişə beynəlxalq prinsip və normalara uyğun həll olunmalıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *