Səlim Müslümova qarşı şok ittiham - "Nazir tenderləri öz oğluna verdirir" » AzNews.info -Xəbər portalı

Səlim Müslümova qarşı şok ittiham - "Nazir tenderləri öz oğluna verdirir"

Səlim Müslümova qarşı şok ittiham - "Nazir tenderləri öz oğluna verdirir"


"Necə ki Türkiyədə dövlətin içinə gülənçiləri yerləşdirmişdilər, indi də Azərbaycanda dövlətin içinə İlham Əliyevə xəyanət edənləri yerləşdiriblər ki, dövlətə, dövlət başçısına bundan böyük xəyanət ola bilməz”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a qiymətlərin günü gündən qalxması ilə əlaqədar ölkə əhalisinin sosial vəziyyətini şərh edərkən deyib. Mövzu ilə bağlı Hafiz Hacıyev açıqlamasında bildirib ki, rayonlardan gələn məlumatlara görə, aztəminatlı ailələrin çoxu sosial müvinətdən məhrum olunub. Müavinət verilən ailələrdən isə qabaqcadan 6 ayın pulu alınır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin son bir ildə apardığı "islahatlar” nəticəsində isə dövlətin yardımına ehtiyacı olan minlərlə ailə sosial yardımlardan məhrum olunub. Buna baxmayaraq yerlərdə minlərlə imkanlı şəxs dövlətdən yardım almaqda davam edir:
"Məmurlar hazırda suyun, çörəyin qiymətin qaldırmaqla məşğuldurlar. Hazırda bizdə olan məlumata görə hətta metronun gediş haqqı da qalxacaq. Sadaladıqlarım hamısı dövlət başçısına xəyanətin bir növüdür. Necə ki Türkiyədə dövlətin içinə gülənçiləri yerləşdirmişdilər, indi də Azərbaycanda dövlətin içinə İlham Əliyevə xəyanət edənləri yerləşdiriblər ki, bundan böyük xəyanət ola bilməz.

Elə götürək Əmək və Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümovun fəaliyyətini. Açıq deyim ki, Səlim Müslümov falçılıqla məşğuldur. Təklif verir ki, aztəminatlı ailələrin pulu kəsilsin. Məndə olan məlumta görə hazırda olkədə 50-60 min ailə dövlət yardımından məhrum olduqlarına görə aclıq səviyyəsində yaşayır və bu ailələrin müavinətlərinin hansı səbəbdən kəsilməsi heç kimə bəlli deyil. Belə bir məsəl var ki, "toxun acdan xəbəri yoxdur”. Görünür Səlim müəllimin də o qədər pulu, imkanı var ki, kimin ac, kimin tox olmasının fərqində deyil. Hazırda Səlim Müslümovun oğlu da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tikinti işləri ilə məşğuldur. Tenderləri də guya kimsə udur, əslində isə Səlim Müslümovun oğlu bu işlə məşğul olur. Ona görə də Səlim Müslümov tenderləri öz oğluna verdirir. Müslümovlar ailə olaraq böyük bizneslə məşğuldurlar. Yəni Səlimin nəyinə lazımdır ki, Fatmanisə acından öldü, ya Əlinin meyidini götürməyə pulu yoxdur.


Hafiz Hacıyev: "Bizə rayondan məlumatlar gəlir ki, qabaqcadan verilən sosial müavinətlərin 6 ayının pulu alınır. Burdan da görünür ki, cənab nazirin sözuylə əməli düz gəlmir”.

Səlim Müslümov yalandan 1-2 kəlmə çıxış edib deyir ki, regionlarda hər şey yaxşıdır. Amma bizə rayonlardan məlumatlar gəlir ki, verilən sosial müavinətlərin qabaqcadan 6 ayının pulu alınır. Burdan da görünür ki, cənab nazirin sözuylə əməli düz gəlmir. Mən də bütün bunları açıqlayanda başlayırlar məni sıxmağa, boğmağa ki, niyə bunları deyirsən? Millətin dərdi sənə qalıb? Bəs mən də deməsəm bu millətin dərdin kim desin?

Səlim Müslümov hansı aztəminatlı ailələrə nə köməik elədi? Verdikləri evləri pulla verirlər, əlillərə verilən avtomobilllərin qabaqcadan pulun alırlar ki, bu da, heç kimə sirr deyil. Yəni bunlar gözə kül üfürməkdən başqa bir şey deyil”.

Mənbə: Mia.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *