Səlim Müslümov müdiri işdən çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Sosial Müdafiə Mərkəzindən Publika.az-a bildirilib ki, Elxan Rəhimovun vəzifədən kənarlaşdırılması rayon sakinlərinin şikayətləri ilə bağlı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən faktı təsdiqlədilər.
Mənbə:> Publika.az