“1 qəpik o qədər də əhəmiyyətli deyil”- Deputat qiymət artımından danışdı » AzNews.info -Xəbər portalı

“1 qəpik o qədər də əhəmiyyətli deyil”- Deputat qiymət artımından danışdı

“1 qəpik o qədər də əhəmiyyətli deyil”- Deputat qiymət artımından danışdı


“Neftin qiymətində artım olarsa, dövlətin büdcəsinə əlavə vəsait daxil olarsa işığın qiymətində artım olmayacaq”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, işığın qiymətində artımın olub-olmayacağı barədə bəri başdan fikir söyləmək çətindir: ““Azərişıq” son zamanlar Azərbaycanın rayonlarında böyük işlər aparır. Həm elektrik xətlərini, həm də köhnə elektrik stansiyalarını tamamilə dəyişib yenisi ilə əvəzləyirlər. Külli miqdarda vəsait xərcləyirlər. Ona görə də Asiya İnkişaf Bankı bu sahə ilə müqavilə bağlayıb və kredit ayırıb. Əlbəttə kreditin şərtləri var, vaxtında kreditləri ödəmək lazımdır. Bu yaxınlarda elektrik enerjisinin qiymətində bir qəpik artım oldu. Bu ona görədir ki, alınmış krediti vaxtında ödəyəsən”.

Deputatın fikrincə, bütün məhsulların maya dəyəri elektrik enerjisinin qiymətindən asılıdır: “İşığın qiymətinin qalxması bir başa məhsulların qymətinə təsir edəcək. İstər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarına mütləq təsir edəcək. Düzdür indi bir qəpik o qədər də əhəmiyyət kəsb eləmir, amma işığın qiymətinin bazar qiymətlərinə müəyyən təsiri var”.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *