Nepalın baş naziri parlamentdə etimad səsverməsindən əvvəl istefa verib
Oxu.Az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir parlamentin iclasında deyib ki, istefa ərizəsini parlamentin iclasından əvvəl görüşdüyü prezident Bidxya Devi Bxandariyə təqdim edib.
Qeyd edək ki, Oli çoxpartiyalı koalisiyanın rəhbəri kimi baş nazir postunu tutub. Ancaq siyasi müttəfiqləri artıq koalisiyanı tərk etdiyi üçün istefa vermək məcburiyyətində qalıb.
Mənbə:> Oxu.Az