İŞİD Türkiyədən çıxmağı qərara aldı: "Terror və şiddət baxımından bu ölkə özünə bəsdir"
"İŞİD sözçüsü Şərif Əl Hüseyini Türkiyə hadisələrini şərh edərkən bildirib:
Türkiyə ictimaiətinin nəzərinə,
15-16 iyul tarixlərində çevrilişə cəhd və daha sonra baş verən vadisələri dəhşətlə izlədik. Hadisələrdən sonra belə nəticəyə gəldik ki, terror və şiddət baxımından bu ölkə özünə bəsdir və İŞİD bu torpaqlarda hər hansı önəmli nəticə əldə etməyəcək.
Öz təyyarəsi ilə öz məclisini vuran, əsgərin polisi və ya əksinə, və hər ikisinin də vətəndaşı öldürdüyü, vətəndaşın öz hərbçisinin başını kəsdiyi bir cəmiyyətdə hər hansı bir başqa terror planlaşdırmağın gərəksiz olduğunu və bunun bizə yalnız zaman itkisi olduğunu düşündük.
Bütün bu səbəblərdən dolayı, yenidən sabit, hüzurlu və normal ölkə halına gələnə qədər, Türkiyə Cümhuriyyəti sərhədləri daxilində bütün aksiyaları durdurma və aktiv üzvlərimizi geri çəkməyi qərara almışıq.
Nə halınız varsa görün..."
AzNews.info xəbər verir ki, əslində bütün bunlar Türkiyənin satirik onlayn qəzeti olan Zaytunq-da dərc olunub. Yumor və tənqidin birləşdiyi bu məqalə real olmasa da, qardaş ölkənin acı vəziyyətini anladır... Təəssüf ki...
Mənbə:> AzNews.info