İŞİD Azərbaycanda terror hazırlayır – FOTO
Beynəlxalq koalisiyanın bombardmanı nəticəsində böyük itkilər verən “İslam Dövləti” (İŞİD) terror təşkilatı Avropada kamikadzelərin iştirakı ilə yeni terror aktları hazırlayır.
AzNews.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.
Qəzet xüsusi xidmətlərdəki mənbələrə istinadən bildirib ki, İŞİD terrorçu-kamikadzelərin Avropaya ötürülməsi üçün yeni marşrut seçib.
Terror qruplaşması öz yaraqlılarını Azərbaycan, Gürcüstan və Kipr ərazisindən keçirməyi planlaşdırır.
Bundan başqa nəşr yazır ki, İŞİD Türkiyə və Azərbaycanda silsilə terror aktları hazırlayır. Bunun üçün Azərbaycan və Şimali Qafqazdan olan yaraqlılar seçilib. Məlumatlar İstanbulun Atatürk aeroportunda baş verən terror aktından sonra keçirilən terror əleyhinə əməliyyatların gedişatında toplanıb.
İyun ayında Türkiyədə polis bölmələrinə İŞİD-in Türkiyə və Azərbaycanda terror aktları hazırladığına dair məlumat daxil olub. Bu məlumatlarda Azərbaycanda törədilməsi planlaşdırılan terror aktlarında terrorçuların hədəflərinin polis əməkdaşlarının və onların ailələrinin olduğu bildirilib.
Xatrladaq ki, İŞİD terror qruplaşmasına Azərbaycandan olan yaraqlılar da qoşulub. Onlardan bir hissəsi İraq və Suriya ərazisində döyüşlər zamanı öldürülüb, digər hissəsi isə Azərbaycana geri qayıdarkən həbs edilib. Amma azərbaycanlı yaraqlıların bir hissəsi hələ də İŞİD sıralarında qalmaqda davam edir.
Mənbə:> Haqqin.az