İŞİD Fransanı yeni terrorla hədələdi
İŞİD terror qruplaşması Fransanı yeni terror aktları ilə hədələyib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, yaraqlılar bununla bağlı videomüraciət yayıblar.
Nəşrin məlumatına görə, terrorçuların aktivliyi monitorinqi ilə məşğul olan SITE təşkilatı bun videonun İŞİD-ə aid saytlarda yerləşdirildiyini bildirib.
Videoda iki terrorçu Parisə hücumları Fransanın Suriyada İŞİD-in mövqelərinə endirdiyi aviazərbələrə görə qisas olduğunu qeyd edərək, bu ölkəni yeni terror aktları ilə hədələyiblər.
Mənbə:> Oxu.Az