Dövlət çevrilişi planının detalları ortaya çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Dövlət çevrilişi planının detalları ortaya çıxdı – YAZIŞMA

Dövlət çevrilişi planının detalları ortaya çıxdı


Türkiyədə dövlət çevrilişinə cəhdə görə həbs olunan zabitlərdən birinin telefonunda “çevriliş planı” tapılıb.

“Yurdda sülh” adlı qrupda “watshap” yazışmalarında atılacaq addımlar qeyd olunub.

Mayor Çelebioğlunun qurduğu qrupda yazılanlar çevrilişə cəhd edənlərin İstanbul polisinin rəis müavinləri, İstanbul Böyükşəhər Bələdiyyəsinin mülki müdafiə katibi Mehmet Tunç və İstanbul vilayətinin rəhbəri Gökay Bostanla birlikdə hərəkət etdiyini sübut edib.
“Yeni Şafak” qəzeti yazır ki, Fətullah Gülən tərəfdarı olan polkovnik Müslüm Kaya qrupda belə yazıb: “Bələdiyyədən Mehmet Tunç idaət edir. İstanbul Böyükşəhər Bələdiyyəsini həll edəcəyini deyir. Mənə zərər verməsinlər deyir”.

Mayor Osman Akkaya isə belə yazıb: “İstanbul vilayətinin valisi Gökay Bostan valilikdə problem olmayacağını deyir. Fəaliyyəti dəstəkləyir. Gəlməyinə icazə verməyimizi istəyir”.

Dövlət çevrilişinə cəhd edənlər axşam saatlarında boğaz körpüsünə doğru hərəkət edən İstanbul polisinin rəisi Mustafa Çalışkanın təcili həbs olunması təlimatını da verirlər.

Yazışmalarda çevriliş planını quran zabitlər əsgərlərin bu gün yeyəcəkləri yeməklərin haradan tədarük ediləcəyini də müzakirə edirlər.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *