Bəşər Əsəd: Avropa bəzi Qərb liderlərinin yanlış siyasətindən əziyyət çəkir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Bəşər Əsəd: Avropa bəzi Qərb liderlərinin yanlış siyasətindən əziyyət çəkir

Bəşər Əsəd: Avropa bəzi Qərb liderlərinin yanlış siyasətindən əziyyət çəkir


Suriya prezidenti ölkəsində və regionda baş verənlərin coğrafi və sosial əlaqələr səbəbindən təbii olaraq Avropaya güclü təsir etdiyini söyləyib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, B. Əsəd Avropa Parlamentinin Xarici məsələlər üzrə komitəsinin sədri Xavyer Kousun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Avropaya qaçqın axını bir neçə Qərb ölkəsində rəhbərlərin Suriyada terrorçu qruplaşmalara yardım etməsi və siyasi baxımdan dəstəkləməsindən qaynaqlanır.

Suriya prezidenti ölkəsində və regionda baş verənlərin coğrafi və sosial əlaqələr səbəbindən təbii olaraq Avropaya güclü təsir etdiyini söyləyib. B. Əsəd bir sıra Avropa ölkələrinin hökumətlərinin yanlış siyasətlərinin aradan qaldırılmasında Avropa Parlamentinin mühüm rolu olduğunu vurğulayıb. Suriya prezidenti bu yanlış siyasətin terrorizmi inkişaf etdirdiyini, sanksiyaların Suriya vətəndaşlarının həyatını ağırlaşdırdığını, bir çox suriyalını ölkəsini tərk etmək məcburiyyətində qoyduğunu qeyd edib.

Avropa Parlamentinin üzvləri isə Suriyaya qarşı sanksiyaların ləğv olunması üçün səy göstərəcəklərini bildiriblər.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *