Əsəd: İstefa vermək niyyətim yoxdur
Yalnız Suriya vətəndaşları onların prezidenti kim olacağını olacağına dair qərar qəbul etmək hüququna malikdirlər.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu sözləri Almaniyanın ARD yayım korporasiyasına müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
“Yox, əlbəttə ki yox”, - Suriya prezidenti vəzifəsindən istefa vermək barədə suala vacab verərkən bildirib.
“Bu bizim işimizdir, Suriyanın işidir. Yalnız Suriya vətəndaşları kimin prezident olacağına dair qərar qəbul etmək hüququna malikdirlər”, - Əsəd qeyd edib.
“Mənim siyasi taleyim yalnız suriyalıların iradəsindən asılıdır”, - o, əlavə edib.
Mənbə:> Oxu.Az