Argentinada sabiq prezident mühakimə edilir
Argentinanın paytaxtı Buenos-Ayres şəhərində sabiq prezidenti Kristina Kirşnerin işi üzrə məhkəmə prosesi başlayıb, Oxu.Az “Infobae” nəşrinə istinadən xəbər verir.
“Kristina Kirşner hakim Klaudio Bonadio qarşısında cavab vermək üçün məhkəmə zalına gəlib» – deyə nəşri yazır.
Xatırladaq ki, hakim Klaudio Bonadio may ayında Kristina Kirşner, habelə keçmiş iqtisadiyyat naziri Akselya Kisilofa, həmçinin Argentinanın Mərkəzi Bankının sabiq başçısı Alexandro Vanoli barəsində cinayət işi qaldırıb.
Keçmiş prezident bir sıra maddələr üzrə, o cümlədən prezidentliyi dövründə Argentina Mərkəzi Bankının 15 milyard dollar məbləğində müddətli müqavilələri aşağı qiymətlərlə satmaqda ittiham edilir.
İttiham olunanların hər birinin əmlakına 1 milyon dollar həbs qoyulub.
Mənbə:> Oxu.Az