İranda sabiq nazirin oğlu rüşvətə görə həbs olundu » AzNews.info -Xəbər portalı

İranda sabiq nazirin oğlu rüşvətə görə həbs olundu

İranda sabiq nazirin oğlu rüşvətə görə həbs olundu


İranın sabiq mədəniyyət və islami irşad naziri Ətaullah Mühaciraninin oğlu Məhəmməd Möhsin Mühacirani həbs olunub.

"Trend"in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxs rüşvətxorluqda və 87 milyon dollar dəyərində itmiş neft platformasına dair cinayət işində ittiham olunur.

Qeyd edək ki, ötən il İranın "Dəniz təsisatları" şirkətinə məxsus və dəyəri 87 milyon dollar olan neft platformasının itməsinə dair xəbərlər ölkənin saytlarında yayımlanmışdı.

İran parlamentinin enerji komissiyası bu şirkəti yoxlamağa başladı və bu şirkətin iki direktoru haqqında cinayət işi açıldı. Altı ay sonra İranın məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Əjeyi həmin cinayət işi ilə əlaqədar bir nəfərin həbs olunduğunu elan etdi.

Sabiq nazir Ətaullah Mühacirani hazırda Londonda yaşayır. O, prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *