Sabiq prezidentin edamı təxirə salındı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Sabiq prezidentin edamı təxirə salındı

Sabiq prezidentin edamı təxirə salındı


Misirin cinayət məhkəməsi ölkənin keçmiş prezidenti Muhamməd Mursinin hökmünü oxumağı təxirə salıb.

ANS PRESS-in məlumatına görə, təxirəsalınma qərarı ölkənin Ali muftisi ilə əlaqədardır. Belə ki, hakim ölüm cəzası hökmünü ona göndərib, lakin bu barədə Ali muftinin cavabı yalnız ötən gün gəlib. Məhkəmə bundan sonra Ali Muftinin qərarı ilə tanış olmaq məqsədi ilə qərarın oxunmasını təxirə salıb. Qeyd edək ki, ölkə qanunlarına görə məhkəmə Ali muftinin qərarını heçə də saya bilər.

Mursinin vəkili isə bildirib ki, “Hər şey mümkündür. Biz istənilən qərarı gözləyirik. Əgər onlar ölüm cəsası təyin etsələr biz bir daha apelyasiyaya mürcaciət edəcəyik”.

Qeyd edək ki, Mursi “Müsəlman qardaşları” hərəkatının digər üzvləri ilə birgə məhkəmə tərəfindəm edama məhkum olunublar.

Güman edilir ki, məhkəmə qərarı 16 iyunda ictimaiiyətə çatdırılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *