Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi

Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi


Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. R.Əhmədzadənin yerinə hələlik təyinat yoxdur. 6-cı Polis Bölməsi rəisinin vəzifəsini müvəqqəti rəis müavini Ramin Cəbrayılov icra edir.

Qeyd edək ki, bir neçə gün əvvəl 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi təyin edilib.

Onu da qeyd edək ki, V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, onun yerinə təyin edilən Rəşad Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *