Ramil Usubovdan yeni TƏYİNATLAR » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ramil Usubovdan yeni TƏYİNATLAR

Ramil Usubovdan yeni TƏYİNATLAR


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qəbələ rayon polis şöbəsinin rəis müavini Etibar Babayev tutduğu vəzifədən azad edilərək Qobustan Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qobustan rayon Polis Şöbəsinin rəisi olmuş Eminağa Zeynalov təxminən bir ay əvvəl işdən çıxarılıb.

Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib. R. Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *