Putin: Türkiyə Rusiyadan üzr istəyib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Putin: Türkiyə Rusiyadan üzr istəyib

Putin: Türkiyə Rusiyadan üzr istəyib


Türkiyə vurulmuş bombardmançı təyyarəsi üçün Rusiyadan üzr istədi, yaxın zamanda Moskva ölkələr arasında ikitərəfli münasibətlərin bərpası üçün tədbirlər görəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin Rusiyanın xarici ölkələrdəki səfirləri və daimi nümayəndələri ilə iclasda bildirib.

“Dünən bildiyiniz kimi, bu ölkənin prezidenti ilə danışıq olub. Ankaranın vurulan rus bombardmançı təyyarəsi üçün üzr istədiyi də məlumdur.

Bunu nəzərə alaraq ikitərfəli münasibətlərin bərpası üçün yaxın günlərdə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq”, - Putin deyib.

Rusiya və Türkiyə arasındakı münasibətlərdə böhran 2015-ci ildə türk qırıcısının Suriyada terror əleyhinə əməliyyatda iştirak edən “Su-24” bombardmançısını vurduqdan sonra başlayıb. Rusiya prezidenti bunu terrorçularla əlbir olanların “arxadan vurduqları zərbə” adlandırıb. Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.

Bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Türkiyə prezidentinin vurulan təyyarə üçün üzr istədiyini və pilot Oleq Peşkovun ölümü ilə əlaqədar başsağlığı verdiyini bildirib. Bununla da Ankara Rusiya tərəfindən qoyulan şərtləri yerinə yetirib: üzr istəyib və rus pilotunu qətlə yetirdiyi ehtimal edilən şəxsə qarşı istintaq tədbirlərinə başlanılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *