Elmar Məmmədyarov Türkiyə səfiri ilə danışıqlarda
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.
Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.
Daha sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az