Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər M. G. Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər. Görüşdə Kosta-Rikanın Azərbaycanda səfirliyinin təsis etməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.
Mənbə:> Oxu.Az