Kosta Rikanın XİN rəhbərinin Azərbaycana səfəri başladı
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Manuel Qonsales Sansın Azərbaycan Respublikasında rəsmi səfəri 21 oktyabrda başa çatacaq.
Səfər çərçivəsində Manuel Qonsales Sansın Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Mənbə:> Oxu.Az