ATƏT Qarabağ münaqişəsini müzakirə edəcək
Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, üç günlük konfransın xüsusi sessiyası ATƏT məkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.
Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.
Təşkilatda Rusiyanın daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu mövzular üzrə “qürurlanacaq heç nəyin olmadığını” qeyd edib.
Bununla yanaşı, ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda bu yaxınlarda keçirilən məsləhətləşmələr zamanı yaranan “ehtiyatlı pozitiv trendi”, eləcə də Dnesteryanı danışıqların “5+1” formatında bərpası üzrə əldə edilmiş razılıqları qeyd edib.
Mənbə:> Oxu.Az