Rusiya Türkiyəni Azərbaycana dəstək verməkdə günahlandırdı
Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri destruktivdir və ATƏT bu cür mövqeni dəstəkləmir.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya 24” kanalının efirində deyib.
“ATƏT bu cür mövqeni dəstəkləmir. Ciddi anlaşılma var ki, 3 həmsədr - Rusiya, ABŞ və Fransa Minsk Qrupunun üzvləri ilə bərabər əsas yükü daşıyırlar. Bura həmçinin Türkiyə də daxildir. Lakin əsas rol bu üç həmsədrlərə verilib. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri tamamailə destruktivdir və bunun heç bir davamı yoxdur”, - Lukaşeviç qeyd edib.
Diplomat həmçinin bildirib ki, ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda keçiriləcək görüşündə münaqişədə gərginliyin azalmasına töhfə verəcək.
Mənbə:> Oxu.Az