Rusiyadan Qarabağ sözü
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması ilə bağlı narahatlıq ifadə edib.
ANS PRESS-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə qurumun təmsilçisi Aleksandr Lukaşeviç bəyan edib.
“Qoşunların təmas xəttində və Ermənistan - Azərbaycan sərhəddində çox mürəkkəb vəziyyət saxlanmaqdadır. Əvvəlki kimi atəşkəs rejiminin pozulması hallarının sayı artıb, döyüş toqquşmalarının sayı artıb, diversiya - təxribat qruplarının əməliyyatları fəallaşıb”, - deyə Aleksandr Lukaşeviç vurğulayıb.
“Təkidlə tərəfləri gərginliyin azalması istiqamətində əməli tədbirlər görməyə, münaqişənin gərginliyini artıran addımlardan çəkinməyə çağırırıq”, - deyə Rusiya XİN-in təmsilçisi bildirib.
Mənbə:> ANSPRESS