Slutski: Vyana görüşü Qarabağdakı böhrana son qoyacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Slutski: Vyana görüşü Qarabağdakı böhrana son qoyacaq

Slutski: Vyana görüşü Qarabağdakı böhrana son qoyacaq


Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu formatı çərçivəsində Vyanada əldə etdikləri razılıq, nəhayət ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyə son qoymalıdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski belə hesab edir.

“Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada əldə etdikləri razılaşma aprel böhranına və sərhəddə gərginliyin kəskinləşməsinə son qoymalıdır. Bu (Dağlıq Qarabağda) münaqişənin közərən vəziyyətdə olması, qanamasına və insan tələfatına səbəb olmasını nəzərə alaraq son dərəcə vacibdir”, - Slutski jurnalistlərə bildirib.

Bu nöqteyi-nəzərdən onun fikrincə, “Vyana razılaşmaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həllin qlobal modeli olmalıdır”.

“Ümid edirəm ki, həll yaxın gələcəkdə tapılacaq. Bu problemi gələcək nəsillərə miras qoymağa haqqımız yoxdur”, - Slutski sözünə yekun vurub.

Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları, Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iştirakı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ, Fransa) XİN rəhbərlərinin vasitəçiliyi ilə regionda 1994-1995-ci illər danışıqları formatında əldə edilmiş atəşkəsə riayət edilməsinə dair razılığa gəliblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *