Britaniya: kral hakimiyyətinin sonu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Britaniya: kral hakimiyyətinin sonu

Britaniya: kral hakimiyyətinin sonu


Qabil Hüseynli: “Təkrar referendum keçirilə bilər”

Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi ilə dünyada bir sıra yeni geosiyasi reallıqlar meydana çıxa bilər. İlk növbədə isə Avropada qüvvələr nisbətinin dəyişməsi proqnozlaşdırılır. Siyasi müşahidəçilərin fikrincə, “Breksit”in (Brexit) nəticələri yalnız Avropa Birliyində deyil, həm də Böyük Britaniyanın özünün daxilində də mərkəzdənqaçma prosesini sürətləndirə bilər. Söhbət Birləşmiş Krallığa daxil olan ölkələrin tam suveren, müstəqil dövlətə çevrilməsindən gedir. Bu da Böyük Britaniyanın dağılması deməkdir. Son vaxtlar Böyük Britaniyanın dağılacağı ilə bağlı rəylər tez-tez səslənir. Birləşmiş Krallığın subyektləri arasında yaranmış fikir ayrılığı bu prosesi xeyli sürətləndirib. Ancaq dünyanın siyasi, iqtisadi və hərbi potensialına görə ikinciliyini itirən Böyük Britaniya indi parçalanma təhlükəsi ilə üzləşib. Bu ehtimal o qədər inandırıcı görünməsə də artıq mərkəzdənqaçma prosesi Birtaniyanın siyasi sisteminə sirayət edib. Vəziyyətin təhlili göstərir ki, hadisələrin inkişafı bu ilin sonunda keçiriləcək seçkilərin nəticəsindən çox asılıdır. Seçkilərdə Mühafizəkarlar Partiyasından baş nazir postuna ən real namizəd kimi adı çəkilən Londonun sabiq meri Boris Conson AB-dən çıxmağın qatı tərəfdarı kimi tanınır. Onun hökumət başçısı seçiləcəyi təqdirdə, AB-dən uzaqlaşma prosesi sürətlənə bilər. Bu isə Böyük Britaniya ilə AB arasında başlanan danışıqların nəticəsiz qalması deməkdir.

Məsələyə münasibətini bildirən “Açıq Cəmiyyət” Fondunun rəhbəri, milyarder Corc Soros ABŞ-ın “Project Syndicate” nəşrində yazıb ki, Böyük Britaniya “Breksit”lə yaşaya bilməz.

Avropa Birliyinin tərkibində qalmağa səs vermiş Şotlandiya yenidən müstəqillik əldə etməyə cəhd göstərəcək. Şimali İrlandiyanın AB-də qalmağa səs vermiş məmurları isə İrlandiya ilə birləşmək çağırışlarına qoşulublar.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında Böyük Britaniyanın gələcək siyasi taleyi ilə bağlı daha maraqlı proqnoz verib. O, bildirib ki, Böyük Britaniyanın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün radikal addımlar atıla bilər:

“Şotlandiya onsuz da Böyük Britaniyanın tərkibindən çıxmışdı. Şimali İrlandiya da radikal baxışlarına görə, Şotlandiyadan qabaqda gedir. Böyük Britaniya Şimali İrlandiyanın ayrılmasının qarşısını almaq üçün ən azı 10 il hərbi əməliyyatlar apardı. İş o yerə çatıb ki, Şimali İrlandiya da Avropa Birliyinin tərkibində qalmağa səs verdi. Hətta London şəhərinin əhalisinin bir hissəsi mer Sadıq Xana müraciət edərək Böyük Britaniyanın paytaxtını ayrıca dövlət elan etməyi və Avropa Birliyinin tərkibində qalmağı xahiş etdilər. 4500-dən çox imza toplanıb və bu kampaniya davam edir. Yəni bu referendumun nəticələri Böyük Britaniyaya çox baha başa oturacaq. Bütün bunlar da Britaniya Kraliçasının hikkəsinin, onun əyanlarının siyasətinin nəticəsidir. Mənim fikrimcə, Britaniya hökuməti etirazları yatırmaq üçün təkrar referendum məsələsini gündəmə gətirə bilər. O, cümlədən ölkədə kral hakimiyyətinə, monarxiyaya son qoyula bilər”.

Lakin Qabil Hüseynli hesab edir ki, Boris Consonun baş nazir olacağı haqda mütləq fikir söyləmək olmaz. Hər şey seçkilərin nəticəsindən və parlamentdə hansı siyasi qüvvənin çoxluq qazanmasından asılıdır.

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *