Britaniya parçalana bilər - Vaşinqton Post
Böyük Britaniyanın Avropa Birliyindən çıxması Birləşmiş Krallıq üçün böyük itkilərə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə Vaşinqton Post çıxış edib.
Nəşrin iddiasına görə, bu, hətta Britaniyanın parçalanmasına da gətirib çıxara bilər:
“Bu hadisə 2014-cü ildə uğursuzluqla nəticələnən və Şotlandiyanın krallıqdan ayrılması məsələsini həll edən referendumu yenidən gündəmə gətirəcək. Avropa Birliyindən çıxmağın siyasi stabilliyi pozacağı ehtimal olunur. Bu öz növbəsində İrlandiyaya da təsir edəcək”.
Mənbə:> Axar.az